"Orqanizmi necə qorumalı?" mövzusunda açıq dərs keçirildi.
21 fevral 2020 - ci il tarixdə məktəbin ibtidai sinif müəllimi Zenfira Mehdiyevanın rəhbərliyi ilə 4 "E" sinfində "Orqanizmi necə qorumalı?" mövzusunda Açıq dərs keçirildi. Açıq dərsdə ibtidai siniflər üzrə metodbirləşmə sədri Mehriban Hüseynova və ibtidai sinif müəllimləri iştirak etdilər.
Dərsdə yeni innovativ metodlardan iştifadə olundu. Sinif 3 qrupa bölündü. Qrupların adları mövzuya uyğun olaraq - “Sağlam qida”, “Su" və "İdman və istirahət” olaraq seçildi. Dərsdə tədqiqat sualları qoyuldu və şagirdlər verilən tapşırıqları yerinə yetirməyə başladılar.