“Sağlam qida,sağlam gələcək”mövzusunda maarifləndirmə tədbiri keçirildi
Fevralın 20 - də məktəbin Sağlam Təhsil siniflərində “Sağlam qida,sağlam gələcək” mövzusunda layihənin əməkdaşı tərəfindən maarifləndirici dərs təşkil olunub. Tədbirdə ziyanlı qidaların fəsadları, sağlam qidaların xeyiri, meyvə və tərəvəzlərin əhəmiyyəti, gigiyena və sanitariya qaydaları haqqında məlumat verilib, süfrə atributları izah olunub, təqdimat nümayiş olunub və əyani şəkildə şagirdlər tərəfindən nümayiş edilib, ”Gündəlik səhər, nahar, şam süfrələrinin menyusu necə olmalıdır”- haqqında məlumatlar verilib və təqdim olunub.