Şagirdlərin “Ana harayı” abidəsinə ziyarəti

    Xocalı soyqırımının iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə əlaqədar BŞTİ-nin tədbirlər planına uyğun olaraq məktəbin müəllim və şagirdləri tərəfindən Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsi ziyarət olunur.

        Məktəbin 2a sinif rəhbəri Mehriban Hüseynova şagirdləri ilə birgə məkanı ziyarət etmiş, abidə önünə gül dəstələri düzülmüş, faciə qurbanlarının ruhuna dualar oxunmuş, şagirdlərin ifasında şeirlər səsləndirilmişdir.

        Xocalı soyqırımı ərəfəsində məktəbin digər sinifləri üzrə də abidəyə ziyarətlərin təşkili davam etdiriləcəkdir.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi