“Hədəfimiz, amalımız eynidir” adlı bilik yarışı

    14 fevral 2020-ci il tarixində məktəbin akt zalında məktəb direktoru Rahim Novruzovun ideya müəllifi olduğu, direktor müavini Anar Miriyev və tarix fənn müəllimi Əliyeva Şövqiyyənin təşkil etdiyi komanda tərkibi müəllim,şagird və valideynlərdən ibarət məktəbdaxili “Hədəfimiz, amalımız eynidir” adlı bilik yarışı (breyn-rinq) keçirildi.

    Bilik yarışını keçirməkdə məqsəd müəllim, şagird, valideyn birgə münasibətlərinin inkişaf etdirilməsi, şagirdlər arasında rəqabəti gücləndirmək,onların intellektual səviyyəsini artırmaq, istedadlı şagirdləri aşkar etmək, onların istedadlarının inkişaf etdirilməsi işini səmərəli təşkil etməkdir. Yüksək səviyyədə təşkil olunan yarışın münsiflər heyəti məktəbin direktoru Rahim Novruzov, tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev, “Məktəblinin dostu”nun nümayəndəsi Cavidan Aşurlu, tədbirin aparıcısı isə tarix fənn müəllimi Əliyeva Şövqiyyə idi.

    Tədbiri giriş sözü ilə açan direktor müavini Anar Miriyev iştirakçılara bu formatda bilik yarışının məktəblər üzrə ilk dəfədir keçirildiyini vurğulayaraq, yarışın mahiyyəti və məqsədi barədə məlumat verdi, iştirakçılara uğurlar arzuladı. Daha sonra tədbirin aparıcısı Əliyeva Şövqiyyə yarışın qaydaları haqqında iştirakçıları məlumatlandırdı. Ümumilikdə dörd komanda arasında 3 turdan ibarət olan və olduqca maraqlı mübarizə şəraitində keçən bilik yarışının yekun nəticəsinə əsasən “Zirvə” komandası digərlərindən daha çox suala cavab verərək bu yarışın qalibi oldular. Qalib komanda mökafatlandırıldı. Onlara diplom və hədiyyələr, komandanın kapitanına kubok təqdim edildi. Sonda məktəbin direktoru qalib komandanı təbrik etdi, iştirakçılara təşəkkür etdi. Xatirə şəkli çəkdirildi.

https://youtu.be/8q8nWfmYdQU

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi