"Gənclər Günü" münasibəti ilə "Breyn-ring" intellektual bilik yarışı keçirildi

          Nizami rayonu 129 nömrəli tam orta məktəbdə 2 fevral "Gənclər Günü" münasibəti ilə "Breyn-ring" intellektual bilik yarışı keçirilmişdir.

      Yarışın keçirilməsində məqsəd gənc nəslin xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, təbii sərvətləri haqqında biliklərini artırmaq və məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.
       Bilik yarışına Nizami rayonunda yerləşən ümumtəhsil müəssisələrindən VIII siniflər üzrə intellektual səviyyəsi, hazırlığı ilə seçilən 114 şagirddən ibarət 19 komanda qatılıb. 
Yarışın nəticələrinə əsasən, məktəbin komandası ikinci yerə layiq görülüb. Sonda qalib komandalara idarə əməkdaşları tərəfindən diplom və medallar təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi