I yarımilin yekunlarına dair pedaqoji şuranın iclası keçirildi
30 yanvar 2020 - ci il tarixdə məktəbin Akt zalında fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi. Pedaqoji Şura iclasında məktəbin direktoru Rahim Novruzov, təlim - tərbiyə işləri üzrə direktor müavini Natəvan Mustafayeva, ibtidai siniflər üzrə təlim - tərbiyə işləri üzrə direktor müavini Şəfiqə Əlizadə, tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev, məktəbin psixoloqu, kitabxana müdiri və müəllimlər iştirak etdilər.
Məktəb Pedaqoji Şura iclasını məktəbin direktoru Rahim Novruzovun çıxışı ilə başladı. O pedaqoji heyəti salamladı və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı.
İclasda I yarımilin yekunları müzakirə edildi. Buraxılış imtahanlarında nəzərdə tutulan Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərindən keçirilən böyük summativ qiymətləndirmənin nəticələri müzakirə edildi. Zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verildi. Bununla yanaşı 2019 - 2020 - ci dərs ilinin birinci yarımilində məktəbin və şagirdlərinin qazandığı nailiyyətlər pedaqoji heyyətin nəzərinə çatdırıldı.
2019-2020 - ci dərs ilində məktəbdə IX və XI siniflər üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq buraxılış imtahanlarına hazırlıq, şagirdlərin Respublika fənn olimpiadalarının final turuna hazırlığı və digər məsələlər müzakirə edildi. İclasda direktor və direktor müavinləri ilə yanaşı məktəbin kitabxana müdiri və psixoloqunun da çıxışları dinlənildi.