Şagird nailiyyətlərinin qiymətləndirilməsi

        16 - 17 yanvar tarixlərində məktəb rəhbərliyi tərəfindən yaradılmış komissiyanın nəzarəti altında V - VI siniflərdə buraxılış imtahanlarında nəzərdə tutulmuş fənlərdən (Azərbaycan dili, Riyaziyyat, İngilis dili) böyük summativ qiymətləndirmə keçirildi.

        Yeni qaydalar əsasında keçirilən summativ qiymətləndirmənin nəticələri xüsusi proqram vasitəsilə yaxın günlərdə şagirdlərə təqdim ediləcək.

        Qeyd edək ki, böyük summativ qiymətləndirmə yarımillərin sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır. Şagirdlərin böyük summativ qiymətləndirmələrinin nəticələri illik qiymətlərinin hesablanmasında nəzərə alınır.

      Böyük summativ qiymətləndirmə yalnız V-XI siniflərdə aparılacaqdır. BSQ-lər V-IX siniflərdə ümumi orta təhsil pilləsi üzrə buraxılış imtahanında nəzərdə tutulmuş fənlərdən, X-XI siniflərdə isə tam orta təhsil pilləsi üzrə buraxılış imtahanında nəzərdə tutulan fənlərdən həyata keçiriləcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi