20 Yanvar faciəsindən 30 il ötür

        Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür.

        Otuz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır.

        20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı təsdiq edilmiş tədbirlər planına uyğun olaraq məktədə tarix fənn müəllimi Aynur Rəhimovanın təşkilatçılığı ilə ədəbi - bədii gecə keçirildi. Tədbirdə məktəbin direktoru Rahim Novruzov, direktor muavinləri, müəllimlər və şagirdlər iştirak etdilər.

     Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı, ardınca şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin aparıcıları bu dəhşətli faciənin tarixi barədə geniş məlumat verdilər və bu faciənin dəhşətlərini özündə əks etdirən video nümayiş etdirildi. Şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər, musiqilər və səhnəciklər ifa edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi