“Ayın ən yaxşı sinfi” müsabiqəsi

        Məktəbdə “Ayın ən yaxşı sinfi” müsabiqəsinin keçirilməsi davam edir. Nizam - intizamın gücləndirilməsi məqsədilə tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev tərəfindən noyabr ayından başlayaraq bu müsabiqənin keçirilməsinə start verilib. Bu müsabiqə siniflər arasında rəqabət mühitinin formalaşdırılması, məktəbdaxili təlim-tərbiyə keyfiyyətinin yüksəldilməsi kimi məqsədlərə xidmət edir.

        Dərs ili ərzində tədris nailiyyəti, nümunəvi davranış, nizam-intizam, dərsə davamiyyət, sinfin təmizliyi, tədbirlərdə fəal iştirak, məktəbli kitabçasının aparılması qaydası, məktəbli formasına riayət meyarları nəzərə alınmaqla dekabr ayının qalib sinfi Ofelya Mirzəmmədovanın rəhbərlik etdiyi 8 "D" sinfi oldu. Sinif rəhbəri Tərifnamə ilə təltif olundu.

        Qeyd edək ki, adı çəkilən sinif noyabr ayı ərzində də “Ayın ən yaxşı sinfi” müsabiqəsinin qalibi olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi