Ekskursiya

        Məktəbin ibtidai sinif müəllimləri Mehriban Hüseynova və Məlahət Kərimovanın rəhbərliyi ilə 2 "A" və 2 "B" sinif şagirdləri “Gilan Holdinq”in № 1 çörək zavoduna ekskursiya etdilər. Zavodun əməkdaşları şagirdlərə çörəyin və digər un məmulatlarının bişirilmə texnologiyası və zavodda olan avadanlıqlar haqqında geniş məlumat verdi. Zavodda olan təmizlik, gigiyena qaydalarına tam riayət edilməsi və çeşidlərin müxtəlifliyi şagirdlərdə xoş təəssürat yaratdı. Gün ərzində bişirilən məhsullar şagirdlərə nümayiş etdirildi.

          Ekskursiyanın əsas məqsədi şagirdləri çörək bişirmə prosesi ilə tanış etmək, şagirdlərdə iqtisadiyyata, təbiətə maraq oyatmaq və sərvətlərdən düzgün istifadə etməyi öyrətmək olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi