"Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi keçirildi
Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsi məqsədi ilə ötən illərdə olduğu kimi bu il də məktəbdə VIII - XI sinif şagirdləri arasında “Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi keçirildi. Müsabiqədə məktəbin direktoru Rahim Novruzov, tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev, ədəbiyyat fənni üzrə metodbirləşmə sədri Nailə Zeynalova və uşaq birliyi rəhbəri Ətlas Rəhimova və şagirdlər iştirak etdilər. Müsabiqənin nəticələrinə əsasən 3 şagird növbəti mərhələdə iştirak etmək hüququ əldə edib.