Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illik yubileyi
Məktəbdə Azərbaycan ictimai fikrinin görkəmli nümayəndələrindən biri, tanınmış publisist və tənqidçi, hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun (1869-1939) anadan olmasının 150 illiyinə həsr edilmiş “dəyirmi masa” keçirilib.
Məktəbin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi İltimas İsmayılovanın hazırladığı “Dəyirmi masa”da qonaq qismində məktəbin direktoru Rahim Novruzov, tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev, uşaq birliyi rəhbəri Ətlas Rəhimova iştirak etdilər. Vurğulandı ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ə.Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama uyğun olaraq müxtəlif elm, mədəniyyət ocaqlarında yubiley tədbirləri keçirilir. Daha sonra çıxış edən şagirdlər bildirdilər ki, Əhməd bəy daim milli mübarizə hərəkatının önündə olub. Onun bütün yazılarında, ideologiyasında sülh, əmin-amanlıq məfhumları xüsusi yer tuturdu. O, əsərlərində insan azadlığını, qanunun aliliyini vacib sayırdı. Əhməd bəyə qarşı aparılan kampaniyalar onun əzmini qıra bilmədi. Ömrü boyu xalqımız üçün yazdı, yaratdı. Şagirdlər həmçinin Əhməd bəyin yaradıcılığına və fəaliyyətinə yüksək qiymət vermiş tanınmış alimlərin fikirlərindən sitatlar gətirdi. Şagirdlərin hazırladığı divar qəzetinə baxış keçirildi