Səmərəli fəailyyətinə görə təltif edilmiş təhsil işçiləri
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) səmərəli fəailyyətinə görə təltif edilmiş bir qrup təhsil işçisinə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim olunub.
Bu münasibətlə təşkil olunan tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin struktur bölmə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirak ediblər.
Təltif olunanlar arasında Bakı şəhəri K.Əyyubov adına 12 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Mirzəmmədova Ofelya Məmi qızı da yer alıb. Ona səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim olunub.