Valideynin məktəbdə bir günü
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Valideynin məktəbdə bir günü” layihəsi keçirilir. Layihə çərçivəsində 16 dekabr 2019 - cu il tarixdə məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi həyata keçirilib. Layihədə 200-ə yaxın valideyn iştirak etmişdir.
Layihənin məqsədi valideynlərin övladlarının təhsil aldıqları məktəb ilə yaxından tanışlığını təmin olunması, istər infrastruktur, istərsə də, tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyətin qurulması olub.
Tədbirin rəsmi hissəsini məktəbin direktoru Rahim Novruzov açaraq təhsil müəssisəsinin 2019-2020-ci tədris ili üçün fəaliyyət planından və istiqamətlər üzrə görülən işlərin hesabatını verib. Daha sonra tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev tədbirin proqramını valideynlərin diqqətinə çatdırdı.
Sonra valideynlər məktəbdə II – XI siniflərdə təşkil edilmiş dərslərdə iştirak ediblər. Dərslərdən sonra valideynlər üçün seminarlar təşkil edilib. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənildi və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparıldı.
Növbəti mərhələdə valideynlər məktəblə əyani tanış olmaqla yanaşı şagirdlərin əl işləri ilə yaxından maraqlanıblar.
Sonda məktəbin şagirdlərinin hazırladıqları hissə - səhnəciklər, şeir və mahnılar nümayiş etdirilib. Təşkilatçı tərəfindən şagirdlərin tədbirlərdə iştirakından ibarət slayd nümayiş etdirildi. Məktəbin himni səsləndirildi. Tədbir valideynlər tərəfindən maraqla qarşılandı.