Səttar Bəhlulzadənin anadan olmasının 110 illiyi münasibətilə tədbir
Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 110 illiyi münasibətilə texnologiya fənn müəllimi Xuraman Əzizovanın təşkilatçılığı ilə məktəbdə tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Rahim Novruzov, tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev, müəllimlər, şagirdlər iştirak etmişdir. Tədbirdə çıxış edən Xuraman müəllimə və şagirdlər bildirdilər ki, daim vətəni ilə bağlı olan rəssam öz əsərlərində Azərbaycanın tarixini, təbiətini və füsunkar mənzərələrini canlandırıb. İkinci dünya müharibəsindən sonra yaradıcılığının inkişaf mərhələsinə qədəm qoyan S. Bəhlulzadənin diqqət mərkəzində tarixi mövzular, Azərbaycan təbiətinin inciləri, xüsusilə Abşeron yarımadası, Bakı kəndləri, neft buruqları və peyzajları dayanırdı. Daha sonra Səttar Bəhlulzadəyə həsr olunmuş video çarx nümayiş olunmuşdur. Ardınca isə rəsm əsərlərindən ibarət slayd nümayiş olunmuşdur. Sonda məktəbin direktoru və tərbiyə işləri üzrə direktor müavini tədbirin təşkilinə görə Xuraman müəllimə və şagirdlərə təşəkkür etdilər.