Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd edilib

        Məktəbdə tərbiyə işləri üzrə direktor müavini Anar Miriyevin rəhbərliyi ilə Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirib.
        Silsilə tədbirlər çərçivəsində konfrans zalında keçirilən dəyirmi masada tədbiri giriş sözü ilə Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəmilə Salamova açaraq Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamına əsasən böyük yazıçının 150 illik yubileyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd edildiyini diqqətə çatdıran məruzəçi böyük sənətkarın həyat və yaradıcılığı barədə məlumat verib. Çıxış edənlər “Cəlil Məmmədquluzadənin satirasının demokratik məzmunda inkişaf yolları” mövzusunda çıxışında C.Məmmədquluzadənin dram və əsərlərinin özündə milli, ümumbəşər dəyərlərini əks etdirməsindən və “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Azərbaycanda və eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyması haqqında danışıblar.
        Daha sonra şagirdlər Cəlil Məmmədquluzadənin əsərlərindən ibarət ədəbi-bədii kompozisiyalar təqdim ediblər.

       Həmçinin məktəbdə X-XI sinif şagirdlərinin iştirakı ilə “Cəlil Məmmədquluzadənin əsərlərində dini fanatizmin tənqidi” mövzusunda inşa müsabiqəsi keçirilmiş, məktəb kitabxanasında Cəlil Məmmədquluzadənin dram əsərləri və hekayələrinin oxusu və müzakirəsinin təşkili həyata keçirilmişdir.
        Bundan başqa, şagirdlər tərəfindən hazırlanmış divar qəzeti də nümayiş olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi