Akademik Həmid Araslının 110 illik yubileyinə həsr olunan dəyirmi masa

        Azərbaycan Respublikası təhsil nazirinin 05.04.2019-cu il tarixli F-160 nömrəli əmri ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən Məktəbdə Azərbaycan elminin görkəmli nümayəndəsi, akademik Həmid Araslının anadan olmasının 110 illik yubileyinə həsr edilən dəyirmi masa keçirilib.
         Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Sevda Əhmədova açaraq Prezident İlham Əliyevin “Akademik Həmid Araslının 110 iliyinin qeyd edilməsi haqqında” 11 fevral 2019-cu il tarixli Sərəncam imzaladığını xatırladıb.
        “Akademik Həmid Araslının həyat və fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edən Sevda Əhmədova görkəmli alimin Azərbaycan ədəbiyyatşünaslığının müxtəlif istiqamətləri üzrə elmi fəaliyyətinə ətraflı nəzər salıb. Bildirib ki, ədəbiyyatşünaslıq tariximizdə özünəməxsus yaradıcılığı ilə seçilən akademik qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi, klassik irsin nəşri, şifahi xalq yaradıcılığının öyrənilməsi sahəsində böyük xidmətlər göstərib.

         Diqqətə çatdırılıb ki, o, “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanları və aşıq yaradıcılığı ilə bağlı sanballı elmi əsərlər yazıb, həmçinin Qətran Təbrizi, Məhsəti, Xaqani, Nizami, Nəsimi, Şah İsmayıl Xətai və digər şairlər haqqında tədqiqat işləri nəşr etdirib. Bundan əlavə, alimin gənc nəslin milli ruhda tərbiyə olunmasında öz səylərini əsirgəmədiyi vurğulanıb, eləcə də onun rəhbərliyi altında 50-ə yaxın elmlər və fəlsəfə doktorunun hazırlandığı bildirilib.
Şagirdlər Akademik Həmid Araslının ədəbiyyatşunaslıq, dastanşünaslıq sahəsində yaradıcılığından nümunələr gətiriblər.

            Dəyirmi masa şagirdlər və müəllimlər arasında diskussiya şəklində keçirilmiş və şagirdləri maraqlandıran suallar müəllimlər tərəfindən cavablandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi