Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib

        06 dekabr 2019-cu il tarixində dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ilə ölkədə keçirilən ağacəkmə aksiyası çərçivəsində Nizami rayonunda da 5 növdə 1200 ədəd ağac əkilib.
        Ağacəkmə kampaniyasında Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının, rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, rayon məktəbliləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ağacəkmə kampaniyasında məktəbin şagirdləri də fəal iştirak ediblər.
        Qeyd edək ki, rayonda R.Rüstəmov küçəsi boyunca və Ə.Vəliyev küçəsi 11 ünvanında Eldar şamı, kiparis, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tinglik təsərrüfatında yetişdirilən əncir, nar və badam ağacları əkilib.

        Bundan başqa ağacəkmə aksiyası çərçivəsində məktəbin həyətində də yeni ağaclar əkilmiş və yaşıllıq sahəsinə qulluq edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi