"Məndə sığar iki cahan" adlı ədəbi - bədii tədbir

        Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2019 - cu il "Nəsimi ili" elan olunmuşdur.

      Azərbaycanın ədəbi-mədəni fikir tarixində böyük xidmətləri olmuş İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar olaraq məktəbdə bir sıra tədbirlər, şeir müsabiqələri, rəsm sərgiləri, dəyirmi masalar, açıq dərslər və ədəbi - bədii gecələr keçirilmişdir.

       Növbəti tədbir 5 dekabr 2019 - cu il tarixdə məktəbin Akt zalında Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodbirləşmə sədri Nailə Zeynalovanın təşkilatçılığı və 9 "D" sinif şagirdlərinin iştirakı ilə baş tutdu. "Məndə sığar iki cahan" adlı ədəbi - bədii tədbirdə məktəbin direktoru Rahim Novruzov, tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev, UBR Ətlas Rəhimova, ədəbiyyat və tarix fənn müəllimləri və şagirdlər qonaq qismində iştirak etdilər. Tədbir ənənəvi olaraq şagirdlərin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca tədbirin aparıcısı Nailə Zeynalova qonaqları salamladı və tədbiri açıq elan etdi. Nəsiminin sözlərinə bəstələnmiş "Məndə sığar iki cahan" adlı musiqi nömrəsi təqdim edildi. Tədbirdə Nəsiminin həyatı və yaradıcılığı haqqında olan vacib nüanslar qonaqların diqqətinə çatdırıldı. Şagirdlərin ifasında İmadəddin Nəsimi yaradıcılığının bariz nümunələri səsləndirildi. Sonda məktəbin direktoru tədbirdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi