Şagirdlərlə görüş keçirildi

        Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təqdim etdiyi təhsil imkanlarını regionlarda tanıtmaq, oradakı bacarıqlı və savadlı abituriyentləri bu universitetə cəlb etmək məqsədilə ali məktəbin professor-müəllim heyətinin Azərbaycanın bölgələrinə oktyabrın 20-dən başlayan səfərləri davam edir.
        Növbəti belə görüş məktəbdə təşkil edilib. Nümyəndə heyəti şagirdlər qarşısında UNEC barədə təqdimatla çıxış edib. Şagirdlərə UNEC-ə I, II, IV və V ixtisas qrupları üzrə qəbulun həyata keçirildiyi, tədrisin 4 dildə - Azərbaycan, ingilis, rus və türk dillərində aparıldığı blidirilib. Universitetdə tədris prosesinin tamamilə elektronlaşdırıldığı, bütün auditoriyaların elektron tribuna və proyektorlarla təchiz edildiyi vurğulanıb. Beynəlxalq olimpiada qaliblərinə, 600 və daha yüksək bal toplayan tələbələrə əlavə olaraq bir semestr boyu aylıq 100 AZN həcmində xüsusi təqaüd verildiyi, həmçinin hər kurs üzrə ən yüksək nəticə göstərmiş 15 tələbəyə universitet hesabına ikinci əlavə təqaüd verildiyi qeyd edilib. UNEC-in Amerika və Avropa universitetləri ilə ikili diplom və mübadilə proqramları barədə də ətraflı məlumat verilib. UNEC-in 24/7 kitabxanası, Yaradıcılıq Mərkəzi, İdman Klubunun fəaliyyətindən bəhs olunub.
        Sonda şagirdlərə bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi