“Ayın ən yaxşı sinfi” müsabiqəsi

       Məktəbdə “Ayın ən yaxşı sinfi” müsabiqəsinə start verilib. Nizam - intizamın gücləndirilməsi məqsədilə tərbiyə işləri üzrə direktor müavini Anar Miriyev tərəfindən əvvəlcədən təyin edilmiş meyarlar əsasında ilk dəfə keçirilən müsabiqə siniflər arasında rəqabət mühitinin formalaşdırılması, məktəbdaxili təlim-tərbiyə keyfiyyətinin yüksəldilməsi kimi məqsədlərə xidmət edir.

        Ay ərzində tədris nailiyyəti, nümunəvi davranış, nizam-intizam, dərsə davamiyyət, sinfin təmizliyi, tədbirlərdə fəal iştirak, məktəbli kitabçasının aparılması qaydası, məktəbli formasına riayət meyarları nəzərə alınmaqla noyabr ayının qalib gələn sinfi Ofelya Mirzəmmədovanın rəhbərlik etdiyi 8 "D" sinfi oldu. Sinif rəhbəri Tərifnamə ilə təltif olundu.

        Qeyd edək ki, adı çəkilən müsabiqə tədris ili boyu davam edəcək.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi