"Talassemiyaya  qarşı mübarizə” adlı maarifləndirici tədbir

        Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli 1044 nomrəli Sərəncamı ilə təsdiq edilmiş “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” üzrə Tədbirlər Planının 5.7.3-cü bəndinin icrasını təmin etmək və yeniyetmə və gənclər arasında talassemiyanın profilaktikası sahəsində geniş maarifləndirmə işi aparılırması məqsədilə məktəbdə “Talassemiyaya  qarşı mübarizə” adlı maarifləndirici tədbir keçirildi.
        Əvvəlcə talassemiya xəstəliyi  ilə bağlı video çarx nümayiş olundu.
    Çıxış edən məktəbin həkimi  bu xəstəliyin simptomları, qarşısının alınması, həmçinin donorluğun xəstəliyin müalicəsindəki önəmi haqqında tədbir iştirakçılarına məlumat verdi. İrsi qan xəstəliyi olan talassemiyanın cəmiyyətin ümumi sağlamlığı üçün təhlükə yaratdığını qeyd edən məruzəçi bildirdi ki, bu qan azlığı xəstəliyindən əziyyət çəkən xəstələrin vaxtaşırı qan köçürmələrinə ciddi ehtiyacı vardır. Talassemiya ilə mübarizədə Heydər Əliyev fondunun Talassemiyalı xəstələrə göstərdiyi qayğı və əvəzsiz xidmətləri xüsusilə vurğulandı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi