Müstəqil Azərbaycanım

   Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-18 saylı əmrinin icrası və məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirdlərə vətənpərvərlik hisslərinin aşılanması istiqamətində tarix müəllimi Könül Abdulxalıqova 8A sinfində "17 noyabr Milli Dirçəliş günüdür"adlı disput keçirdi. Disput zamanı Könül müəllimə müstəqilliyimizin tarixi barədə şagirdlərə məlumat verdi, onları maraqlandıran sualları cavablandırdı.Video çarxlar nümayiş etdirildi. Məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək bildirdi ki,xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu danılmazdır. Bəşəriyyətin yetirdiyi Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Ulu öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, vətən və xalq qarşısındakı ölçüyəgəlməz misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunələrdəndir.Müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi