Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi qeyd edilib.
,, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında,, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli 4248 nömrəli Sərəncamının icrasından irəli gələrək Naxçıvan geosiyasi mövqeyi,XX əsrin əvvəllərində baş verən siyasi hadisələr, Naxçıvan Muxtar Respublikasının yaradılması, Naxçıvanın qədim tarixi, etimologiyası, mədəni irsi və tarixi abidələri haqqında uşaq və gənclərin maarifləndirilməsi məqsədilə cari ilin dekabr ayı ərzində ,, Məktəblərdə Naxçıvan ayı,, layihəsi nəzərdə tutulmuşdur.
Bu layihənin icrasına əsasən bu gün məktəbin UBT rəhbəri Sinarə Məmmədovanın təşkilatçılığı ilə məktəbin akt zalında ,,Qədim Türk diyarı Naxçıvan,, adlı intellektual yarış keçirilib.
Yarışda 9a,9b,9c,9ç siniflərindən ibarət 4 komanda,hər komandada 5 şagird iştirak etmişdir.
Yarışda 9ç sinfinin komandası qalib gəldi.Qalib komanda üzvləri diplom və hədiyyələrlə təltif olundu.
"Qədim Türk diyarı Naxçıvan" adlı intellektual yarışın keçirilməsinin məqsədi, Naxçıvanın zəngin mədəni irsini, tarixini və Türk dünyasının qədim ənənələrini tanıtmaq, həmçinin gənclərin intellektual səviyyəsini artırmaq, onlarda düşünmə bacarıqlarını inkişaf etdirmək və milli kimliklərini dərinləşdirməkdir. Bu yarış, iştirakçılara Türk mədəniyyəti və tarixini daha yaxından öyrənmək, həmçinin yarışma yolu ilə sağlam rəqabət və əməkdaşlıq mühiti yaratmaq məqsədini daşıyır.