Məktəbin 3b sinif şagirdləri ibtidai sinif müəllimi Lalə Yübəyovanın təşkilatçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyində ekskursiyada olublar.

Muzeydə şagirdlərə ,,Hacı Zeynalabdin” adlı interaktiv dərs və “Buta” ustad dərsi keçirilib.
Dərs iki hissədən ibarət olub. Birinci hissədə muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin kiçik elmi işçisi İlahə Sarıyeva H.Z.Tağıyevin həyat və fəaliyyətindən bəhs edib, daha sonra H.Z.Tağıyevin ev muzeyinə təşkil olunan ekskursiyada o, Muzeyin yerləşdiyi bina, H.Z.Tağıyevin ev muzeyinin arxitekturası haqqında ətraflı məlumat verib. İkinci hissədə isə İnnovasiyalar və təhsil proqramları şöbənin müdiri Fəridə Şəmsi və şöbənin əməkdaşları - Qənirə Qafarlı, İlahə Sarıyeva tərəfindən intellektual oyun təşkil olunub (Bu üsul oyun-tapmaca formasında keçirilir və şagirdlərdə yüksək fəallıq yaradır, şagirdlərin müşahidə etmək qabiliyyətini, təsəvvürünü, tarixi keçmişə olan marağını artırır).
Sonra uşaqlar müxtəlif intellektual və əyləncəli oyunlar oynayıb, pazllar qurublar.