Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə nümunəvi dərs keçirildi.
Məktəbin tarix müəllimi Könül Abdulxaliqova 5A sinfində ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş nümunəvi dərs keçdi. Dərsdə şagirdlərə Heydər Əliyevin Azərbaycana olan xidmətləri, onun müstəqillik və inkişaf yolundakı rolu haqqında ətraflı məlumat verildi. Müəllim, həmçinin şagirdlərə Heydər Əliyevin dövlətçilik prinsipləri, Azərbaycan xalqının rifahı üçün etdiyi əvəzsiz işlər və müasir Azərbaycanın qurulmasında oynadığı mühüm rolu vurğuladı. Dərsin sonunda şagirdlər ulu öndərin xatirəsini ehtiramla yad etdilər və onun ideyalarını gələcək nəsillərə ötürməkdə qərarlı olduqlarını bildirdilər. Dərsin keçirilməsi, şagirdlərdə dərin vətənpərvərlik hissi və Heydər Əliyevin fəaliyyətinə olan hörməti daha da artırdı.