Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

Ulu öndər Heydər Əliyevin anım günü münasibətilə məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sevinc İsmayılova və Həmayil Cəlilova tərəfindən məktəb kitabxanasında tədbir təşkil edilmişdir. Tədbirin məqsədi, Heydər Əliyevin Azərbaycanda müstəqillik, inkişaf və tərəqqi istiqamətindəki müstəsna xidmətlərini, həmçinin onun zəngin siyasi irsini şagirdlərə çatdırmaq idi. Tədbir zamanı ulu öndərin həyat və fəaliyyətindən bəhs edən çıxışlar, videoçarxlar və əlamətdar məqamları əks etdirən təqdimatlar nümayiş olunmuşdur. Tədbir zamanı şagirdlər Heydər Əliyev haqqında şeirlər səsləndirdilər, müəllimlər isə Ulu öndərin müasir Azərbaycan dövlətinin qurulmasındakı rolu və xalqımıza olan dərin sevgisi haqqında şagirdlərə məlumat verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi