Diaqnostik qiymətləndirmənin nəticələri ilə bağlı direktoryanı müşavirə
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində 16.10.2019-cu il tarixində IX sinif siniflər üçün diaqnostik qiymətləndirmə aparıldı.Monitorinqin nəticələrinin müzakirəsi olaraq məktəbdə növbəti direktoryanı müşavirə keçirildi. Müşavirə zamanı rəhbərlik və fənn müəllimləri diaqnostik qiymətləndirmənin nəticələri ilə tanış oldular. Məktəbin direktoru Nizaməddin Ağcayev imtahanın nəticələri ilə bağlı təlim- tərbiyə işləri üzrə direktor müavinlərinə və fənn müəllimlərinə bir sıra tapşırıqlar verdi.