III və IV siniflərdə monitorinq keçirildi.

Tədris proqramlarının effektivliyinin yoxlanması, şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə III- IV siniflərdə monitorinq keçirildi. Monitorinqə əktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Məmmədli Güllərin nəzarəti edirdi.
Təhsilin keyfiyyətini artırmaq məqsədilə keçirilən monitorinqlər adətən məktəblərin, müəllimlərin, şagirdlərin və ümumilikdə tədris prosesinin qiymətləndirilməsinə yönəldilir. Bu cür monitorinqlərin məqsədi təhsildəki mövcud vəziyyəti öyrənmək, problemləri müəyyən etmək və onların həlli yollarını təklif etməkdir.
Bu monitorinqin nəticəsində ortaya çıxan məlumatlar təhsilin keyfiyyətinin artırılması üçün xüsusi strategiyaların hazırlanmasına kömək edir.
Şagird nailiyyətlərinin yaxşılaşdırılması, III- IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsi monitorinqin əsas məqsədlərindən olub. III siniflərdə Azərbaycan dili və riyaziyyat fənninin hər birinə 20 qapalı, IV siniflərdə isə tədris dili fənni üzrə 30 qapalı, riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual verilib . Monitorinqin müddəti 120 dəqiqə olub.