,,Ailəm və məktəbim,, layihəsinin keçirilməsi barədə.

Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması cəmiyyətin inkişafını şərtləndirən amillərdəndir.
Bu münasibətlərin səmərəli təşkili böyüməkdə olan gənc nəslin motivasiya sahəsinin, əxlaqi şüurunun formalaşmasına uşağın özünü dərk etməsinə və cəmiyyətdəki rolunu müəyyənləşdirilməsinə bilik və bacarıqlarını inkişaf etdirməsinə sistemli töhfə verir.
Cəmiyyətin təməlini təşkil edən və dəyərlərini yaşadan ailələr və ümumtəhsil müəssisələri arasında səmərəli əməkdaşlıq etmək məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Əsasnaməsinin 5.5.4-cü bəndinə əsasən bu gün məktəbin bir qrup valideynləri ilə ,, Övladlarının cinsi inkişafı və təhlükəsizliyi,,(reproduktiv sağlamlıq) mövzusunda maarifləndirici söhbətlər aparılıb.