12 noyabr -Konstitusiya günüdür
Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Ötən 22 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib.2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli, F-18 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət Planına əsasən "Məktəbin illik Fəaliyyət Planı"na uyğun "12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü" ilə bağlı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, tarix müəllimi Şəfiqə Həsənova 10A sinfində "Qanunlarımıza hörmət edək, çünki onlar bizi qoruyur" mövzusunda yarışma keçirdi. Yarışmada şagirdlər Azərbaycan Respublikası Konstitusiyasına daxil olan maddələr, dövlətçilik tariximiz və digər sahələrə aid suallar ətrafında müzakirələr apardılar. Azərbaycan Respublikası Konstitusiyasının yaranma tarixini əks etdirən videoçarx nümayiş etdirildi. Şəfiqə Həsənova ölkənin əsas Qanunu haqqında ətraflı məlumat verdi. Yarışma müvafiq mövzuda disput formasında davam etdi.