Məktəbin tədbirlər planına əsasən bir qrup şagirdlərlə "Müstəqillik gününün bərpa olunması" ilə bağlı seminar keçirmişdir.
XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Məktəbin tədbirlər planına əsasən təlim tərbiyə işləri üzrə direktor müavini Muqumov Elşən Hafiz oğlu və tərbiyə işləri üzrə direktor müavini Cəfərzadə Cavid Əli oğlunun rəhbərliyi ilə bir qrup şagirdlərlə müstəqillik gününün bərpa olunması ilə bağlı seminar keçirmişdir. Tədbirdə çıxış edən Elşən Muqumov müstəqillik və azadlıq ideyasının mahiyyəti haqqında danışdı. Cavid Cəfərzadə çıxış edərək bildirdi ki, 18 oktyabr müstəqillik günündə şəhidlərin ruhu şad olur.Biz daim öz dövlət müstəqilliyimizi saxlamaqla daim onların ruhunu şad edəcəyik. Sonda şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi, ruhları qarşınızda ehtiram və sayqı duruşu nümayiş olundu.