Məktəbin tədbirlər planına əsasən bir qrup şagirdlər Şəhidlər Xiyabanını ziyarət etdilər.

Məktəbin tədbirlər planına əsasən tərbiyə işləri üzrə direktor müavini Cəfərzadə Cavid Əli oğlunun təşkilatçılığı, məktəbin ibtidai sinif müəllimi İslamyilova İlahənin rəhbərliyi ilə bir qrup şagirdlər Şəhidlər Xiyabanını ziyarət etdilər. Xətai və Suraxanı rayon icra hakimiyyətinində iştirak etdiyi tədbirdə, şagirdlərin şeirləri, nitqləri ilə daha da xüsusi gözəllik qatdı. Tədbirdə çıxış edən məktəbin müəllimi İlahə xanım qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Onun sözlərinə görə, savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək və daha firəvan həyat gözləyir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Amin.