"Təhsil nazirinin F-512 saylı əmrinin icrasını təmin etmək məqsədilə E. Cəfərov adına 118 nömrəli tam orta məktəbin " Azərbaycan Xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi" tədbirlər planına əsasən 08.12.2020-ci il tarixində məktəbin şəhid məzun
Təhsil nazirinin F-512 saylı əmrinin icrasını təmin etmək məqsədilə E. Cəfərov adına 118 nömrəli tam orta məktəbin " Azərbaycan Xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi" tədbirlər planına əsasən 08.12.2020-ci il tarixində məktəbin şəhid məzunu şagirdi Mərdanov Vaqif Ədalət oğlunun anım tədbiri keçirilmişdir. Tədbirə şagirdlər, valideynlər, müəllimlər onlayn şəkildə iştirak etmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himnilə açıq elan edildi. Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tədbir zamanı şagirdlər Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə şəhid və qazilərin şərəfinə şeir səsləndirdilər, nitqlər söylədilər. Ali baş komandan İlham Əliyevin uzaqgörən siyasətindən, şanlı ordumuzun şücaətindən danışdılar , bununla yanaşı şəhid məzunumuz Mərdanov Vaqif haqqında aparmış olduqları araşdırma iştirakçılara təqdim olundu. Tədbirdə şəhid babası Əmiraga kişi, müəllimlər 30 illik həsrətə və üçrəngli bayrağımızın bu gün qüdrətlə dalğalanması Vaqif timsalında bütün şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd etdilər. Tərbiyə işləri üzrə direktor müavini Cəfərzadə Cavid Əli oğlu çıxış edərək bildirdi ki, 44 günlük vətən müharibəsi milli şüurun, milli məfkurənin, azərbaycançılıq sevdasının təzahürüdür. Bu gün Azərbaycan qalibdır. Sonda məktəbin direktoru N.F.Agcayev çıxış edərək bildirdi ki, bu cür tədbirlərin təşkili zəruridir, vacibdir. Mövcud sanitar, epidomoloji vəziyyəti nəzərə alaraq tədbirlər planına əsasən onlayn tədbirlərimiz davam edir. Məktəb direktoru çıxış zamanı xüsusi olaraq vurğuladı ki, bu gün Azərbaycan 200 illik tarixi bir dövrdə Azərbaycan Respublikası ilk dəfə zəfər salnaməsi, zəfər qazanmışdır. 30 illik həsrətə son qoyaraq işğal altında olan torpaqlarımız azad olundu. Bu böyük qayidis aprel döyüşunun davamıdır. Biz qalibik. Biz güclüyük. Bu gün dövlətimiz, regiona ordu quruculuğu necə olmalıdır deyə tarixi dərs vermişdir, bu ali baş komandan İlham Əliyevin uğurlu siyasətidir deyə qeyd etdi.
Qarabağ Azərbaycandır!