"Bakı Şəhəri üzrə Təhsil İdarəsi və 285 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 98-ci il dönümünə həsr olunmuş "Xalq üçün yanan ürək" başlığında onlayn görüş keçirilmişdir. "
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və 285 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 98-ci il dönümünə həsr olunmuş "Xalq üçün yanan ürək" başlığında onlayn görüş keçirilmişdir. Görüşdə məktəb rəhbərlər, şagirdlər və BŞTİ-nin rəhbərliyi və əməkdaşları iştirak etmişdir. Görüşdə ulu öndərin siyasi və ictimai fəaliyyətindən söhbət edilmiş, Ulu öndər siyasətinin layiqli davamçısı İlham Əliyevin uğurlu daxili və xarici siyasətindən bəhs edilmişdir. Uşaqların təqdimatında şeirlər səslənmiş, məktəb rəhbərlərinin çıxış dinlənilmişdir. Tədbir zamanı zəfərə aparan yolun ulu öndərdən miras qalan bir əmanət olmasi xüsusi diqqətə çatdırılmışdır. Uca allahdan ulu öndərə rəhmət diləyir, müasir Azərbaycanın siyasi davamçısı İlhamə Əliyevə uğurlar arzu edirik.