"Məktəbin tədbirlər planına əsasən ulu öndər Heydər Əliyevin 98-ci il dönümünə həsr olunmuş onlayn tədbir keçirilmişdir. "
Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf ilk növbədə xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir. Heydər Əliyev bütün həyatı boyu Vətəninin, xalqının gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirmişdir.
Məktəbin tədbirlər planına əsasən ulu öndər Heydər Əliyevin 98-ci il dönümünə həsr olunmuş onlayn tədbir keçirilmişdir. Tədbirlər planına uyğun olaraq Cəfərzadə Cavid Əli oğlunun təşkilatçılığı ilə məktəbin İnformatika müəllimi Günay Sahverdiyeva, İngilis dili müəllimi Sevda Rzayeva, İnformatika müəllimi Namazova Könülün təqdimatında " Əzəmətli lider, qüdrətli Azərbaycan" başlığında tədbir təşkil olunmuşdur.