Azərbaycanın beynəlxalq aləmdə imici hər zaman müsbət olub.
Azərbaycanın beynəlxalq aləmdə imici hər zaman müsbət olub.
Bu gün Azərbaycan dayanıqlı inkişafa malik,möhkəm ictimai-siyasi sabitliyin,bütün azadlıqların təmin olunduğu qüdrətli və nüfuzlu ölkə kimi tanınır.Ölkəmizi fərqləndirən başlıca səciyyəvi xüsusiyyətlərdən biri vətəndaş həmrəyliyinin,xalq-iqtidar birliyinin mövcudluğudur.Ona görə reallıq budur ki,hüquqi ve sosial dövlət olan Azərbaycanda vətəndaşlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və milli maraqların təmin olunmasına xidmət edən dövlətçilik strategiyası son illər dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.
Bu illər ərzində sürətli inkişaf dövrünü yaşayan Azərbaycanın Cənubi Qafqazın lider dövlətinə çevrilməsi və bu statusu uğurla daşıması beynəlxalq birlik tərəfindən qəbul olunmuş faktdır.Qeyd etmək lazımdır ki,Azərbaycan müstəqilliyini elan etdikdən sonra regional və beynəlxalq aləmdə həyata keçirilən,iştirakçısı olduğu bütün layihələrdə öz yerini və tərəfdaş ciddiyyətini qoruyub saxlayır.Azərbaycanın iştirak etdiyi layihələrlə bağlı vaxtında verdiyi qərarlar,gördüyü tədbirlər,öhdəliklərinə məsuliyyətli yanaşması və qarşılıqlı mənafeləri qoruması onun imicini yüksəldib,etibarlı tərəfdaş olduğunu sübut edib.
Bu gün cənab prezidentin uzaqgörən və daxili və xarici siyasəti onun tərəfindən böyük bacarıqla və yüksək səviyyədə icra edilməkdədir.Ölkəmizin dünya dövlətləri ilə müstəqil şəkildə əlaqələr qurması,bir sıra aparıcı beynəlxalq təşkilatlara üzv olması dünya dövlətləri içərisində Azərbaycan Respublikasının nüfuzunun daha da artmasına səbəb olmuşdur.Bu gün ölkəmizin öz iqtisadi resurslarına tam nəzarət edən bir respublika olduğu faktlarda bariz şəkildə görünür.İqtisadiyyatın əsas hissəsi Azərbaycan dövləti və xalqına məxsusdur ki,bununla da ölkəmiz özünün iqtisadi eləcə də enerji və ərzaq təhlükəsizliyini təmin edir.Dünyanın bir sıra aparıcı şirkətləri ilə neft və qaz kontraktları imzalanmış,həmçinin ölkəmizdə beynəlxalq investisiyalar üçün geniş imkanlar yaradılmışdır.Bu, müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artmasına gətirib çıxarmışdır.Ali baş komandanımızın qətiyyətli və inamlı siyasətinin nəticəsidir ki, bizdə heç bir təzyiq altında qərar qəbul edilmir və hansı qərarın nə vaxt qəbul olunacağını ölkə rəhbərimiz özü müəyyən edir.Azərbaycan Birləşmiş Millətlər Təşkilatının üzvü olmaqla,dünyanın müxtəlif bölgələrində gedən proseslərə dair verilən qərarlarda da yaxından iştirak edir,beynəlxalq sülhün və əmin-amanlığın qorunub saxlanması işinə layiqli töhfə verir.Beynəlxalq terrorizmlə mübarizədə və digər qlobal məsələlərin həllində yaxından iştirak edir.Bütün bunlar isə ən nüfuzlu beynəlxalq təşkilatın-BMT-nin həyata keçirdiyi başlıca vəzifələrdəndir.Ölkəmiz ali baş komandanın uğurlu siyasəti nəticəsində gücünü,qüdrətini daim nümayiş etdirir.Bu gün daxili və xarici siyasətdə uğurlar qazanan,regionda və dünyada nüfuzu artan Azərbaycanın inkişaf modelinə beynəlxalq maraq artmaqdadır.”Əsl siyasət konkret real iş görməkdir “ deyərək: “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam,bu yolda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəm” fikirləri ilə real məzmun kəsb etməyə başladı.Sentyabrın 27-də faşist Ermənistanının növbəti təxribatından və onların bütün cəbhəboyu yaşayış məntəqələrimizi artilleriya qurğularından atəşə tutmasından dərhal sonra şanlı ordumuzun əks hücumu nəticəsində başlanan vətən müharibəsi Ali baş komandanımızın diplomatik siyasəti və güclü ordumuzun rəşadətli əsgər və zabitlərimizin igidliyi ilə düz 44 gün ərzində torpaqlarımız özümüzə qaytarıldı.
Bəli, 44 günlük Vətən müharibəsi bir daha Azərbaycanın dünya arenasında imicini,nüfuzunu sübut etdi.Hər bir xarici media nümayəndəsinə verilən müsahibə,xarici kanallarda yayımlanan bütün açıqlamalar dünyanın diqqətini Azərbaycana yönəltdi.Bütün dünya Azərbaycan xalqını 2020-ci ilin qalib xalqı kimi tanıdı.Və nəhayət Azərbaycan dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan,dünyadakı nüfuzu durmadan artan ,regionun siyasi ,iqtisadi və mədəni mərkəzinə çevrilən ,hədəflərə doğru inamla irəliləyən ,bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşən ölkə adını qazandı.
Qazandığın uğurlar daim olsun,Odlar Yurdu,böyük Azərbaycan !
Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbin direktoru Nizaməddin Fərhad oğlu Ağcayev
#suraxanırayonuicrahakimiyyəti #suraxanıməktəb #tehsilforumu #bakışəhəriüzrətəhsilidarəsi #BakıMəktəbləri #AliBaşKomandan #qarabagazerbaycandır #qarabagbizimdir #qarabag #tehsilnazirliyi