Ermənilər “Türklər sənin düşmənindir!”- deyərək uşaq böyütdükləri zaman bizlər sülh mahısı ilə böyüyürdük.

E. Cəfərov adına 118 nömrəli tam orta məktəbin direktoru Nizaməddin Ağcayev

Ermənilər “Türklər sənin düşmənindir!”- deyərək uşaq böyütdükləri zaman bizlər sülh mahısı ilə böyüyürdük. Bəlkə də yumşaq qəlbliliyimizin əsası elə ordan gəlir.

Sülh hər hansı bir dövlət və ya böyük ərazi əhalisinin müəyyən dövrdə digər dövlətlərlə müharibə vəziyyətində olmaması zamanıdır. Dünya ölkələri dini, mədəni, milli ənənələrinə toxunmadan, ələ salmadan, düşmənlik etmədən bir-birinə yanaşsaydı, daha doğrusu, yanaşmağı öyrənsəydi, bu gün aclıq, susuzluq, şüalanma və xəstəliklər baş alıb getməzdi.

Sülh şəraiti müharibə nəticəsində pozulur. Sülhsüz nə ictimai, nə də şəxsi təhlükəsizlik mümkün olmur.

R.Ceksonun, hesablamalarına görə 1945-ci ildən sonra dünyada cəmi 26 gün müharibəsiz keçib. Buna baxmayaraq, təbii ki, hər bir müharibənin istəyi sülhdür. Çünki ölkə nə qədər güclü olsa da, şübhəsiz ki, insanlar yorulacaq. Dövlət bütünlüklə mədəni, siyasi, iqtisadi inkişafdan geri qalacaq.

Yerli və xarici jurnalistlərlə konfransda prezident İlham Əliyev: “Step by step peace will come”-“Yavaş-yavaş sülh olacaq”-deyə fikir səsləndirdi və qeyd etdi ki, tarixən biz birlikdə yaşamışıq. Hal-hazırda Azərbaycan ərazisində də minlərlə erməni rahat şəkildə yaşayır. Onlara xüsusi təzyiqlərin olması, cəmiyyət tərəfindən xor baxılması hadisələri yaşanmamışdır.

Ümumiyyətlə, Azərbaycanda müxtəlif din, xalq, etnik qrup nümayəndələri çoxdur. Onlara xüsusi dövlət qayğısı göstərilir. Bu bizim qonaqpərvər qanımızdan gəlir. Birgəyaşayış prinsipi dayanıqlı inkişafı təmin edir. Azərbaycanın məqsədi artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu plan baş tutsa, Ermənistan da mənfəət əldə edəcək, onlar sülhün xeyrini görəcəklər.

Bu gün atılan bütün addımlar gələcəyə xidmət etməlidir. Bizim gələcəyimiz müharibə içində, səfil halda olmamalıdır. Əksinə, bütün dünya ölkələrinə nümunə olmalıdır. Əgər Ermənistan bizimlə sülh çərçivəsində yaşamağı qəbul edərsə, onların dilinə, dininə, adətlərinə bir zərər gəlməyəcək və qorunub saxlanacaq.

Bölgədə rahat şərait təmin olunduqdan sonra turizm, kənd təsərrüfatı və qeyri-neft sektorlarının (xüsusilə əkinçilik) inkişafı həm bizim, həm də onların xeyrinə olacaq.

Allah bizə bərəkətli torpaqlar nəsib etmişdir. Bu torpaqlar bombalar altında qalmaqdansa, traktorlar altında qalsa, minalardan təmizlənmək əvəzinə həşəratlardan təmizlənsə, ana fəryadlarının qopması yerinə uşaq gülüşləri yayılsa dünya gözəlləşər. Və bu gözəllikdən heç kəs məhrum qalmaq istəməz. Sülh yaşamaq həvəsidir. Sülh bizim yaşamaq üçün vuruşumuzun səsidir.

Sülhün bu və ya digər nəticələri və faydaları haqqında çox danışmaq olar. Lakin qarşımızdakının da kim olduğunu unutmamaq lazımdır. Bizim problemimiz çox unutqan və xeyirxah olmağımızdır. Onlar bizim körpələrimizi torbalara yığıb güllələyəndə, xalqımız əsir düşənlərə yazığı gəldiyi üçün yemək, paltar verirdi. Biz hər zaman sülh tərəfdarı olan bir millətik. Lakin kimsə qartalın lələklərini qopartmağa çalışırsa, üzərinə şığıyıb ətini qoparmaq da bizə düşər. Prezidentimizin ifadəsi ilə desək: “Onları burdan iti qovan kimi qovarıq”

#suraxaniicrahakimiyyeti #BAKİMEKTEBLERİ #bakuedugovaz #suraxaniyap #edugovaz #tehsilnazirliyi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi