Mansurlu Ayxan Qələndər oğlu idmanın karate növü üzrə həm respublikada, həm də beynəlxalq turnirlərdə naliyyətlər qazanmışdır. 2016-cı ildə Tehranda keçirilən dünya çempionatında II yer, Qazaxıstanda, Tiflsdə keçirilən yarışlarda II yer, həmçinin 2017-ci ildə Ukraynada, Trabzonda keçirilən Beynəlxalq çempionatda I yer, 2018-ci ildə Budokanda, İstanbulda keçirilən dünya çempionatında I yeri qazanmış, ölkəmizi layiqincə təmsil edərək fəxri fərmanlarla, müxtəlif medallarla təltif olunmuşdur.
Uğurluyeva Ayşən 37 nömrəli uşaq musiqi məktəbində fortepiano üzrə təhsil alır. Azərbaycan Milli Konservatoriyasında akademik, xalq və caz musiqisi Respublika festivalinda laureat (1 ci yer), "World Harmony" Beynəlxalq müsabiqədə sertifikat (2-ci yer) almışdır.