Pedoqoji heyətlə növbəti iclas
10.02.2020-ci il tarixdə məktəbdə növbəti iclas keçirildi. Məktəb rəhbərliyinin iclası təşkil etməkdə məqsədi müvafiq tapşırıqlara əsasən tərtib olunacaq illik planının , sinif rəhbərlərinin tədris proqramlarının, sinif jurnallarının , dərsə davamiyyətin, Xocalı soyqırımının 28 ci ildönümünə hazırlığın ,valideyn iclaslarının nəzarətinin gücləndirilməsindən ibarət idi. Tərbiyə işləri üzrə direktor müavini Cavid Cəfərzadə məktəb kollektivinə görüləcək işlərin icrasında aktiv olmağı tövsiyə etdi. Məktəbin direktoru Nizaməddin Ağcayev çxış edərək qarşıda duran planların mütəşəkkkil qaydada həyata keçirilməsində pedoqoji heyətə bir sıra tapşırıqlarını verdi.