IV siniflərdə keçirilən monitorinqin nəticələrinin təhlili

Məktəbin IV siniflərində keçirilən monitorinqlərin nəticələri təhlil edilərək IV sinif valideynlərinin, müəllimlərinin, şagirdlərinin iştirakı ilə keçirilən iclasda müzakirə olundu. Məktəbin direktoru Nizaməddin Ağcayev bundan öncə keçirilən monitorinqin nəticələri ilə son yoxlamanı müqayisə edərək bəzi fənlərdə irəliləmə olduğunu bildirdi. Aşkarlanan çatışmazlıqların aradan qaldırılması üçün istiqamətin fənn müəllimləri və valideynlərin birgə fəaliyyətinə yönəldilməsinin zəruriliyini vurğuladı. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şəfiqə Həsənova təlim nəticələrinin izahlı formada elektron variantını təqdim etdi. Məktəbin riyaziyyat müəllimi Təlan Babayev öz çıxışında ibtidai siniflərdə alınan ttəməli biliklərin təhsilalanların yuxarı siniflərdəki təlim nəticələrinə bilavasitə təsir etdiyini vurğuladı. Valideynlər öz təklif və iradlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi