Beynəlxalq İngilis Dili günü

22 Aprel Beynəlxalq İngilis Dili günü kimi qeyd olunur.
Bu münasibətlə məktəbimizin ingilis dili müəllimi Aynur Əziz şagirdləri ilə birlikdə tədbir təşkil etmişdir.
Tədbirdə həm ingilis dilində çıxış və rəqslər ,həm də mədəni müxtəlifliyimizi əks etdirən çıxışlar göstərildi.
Xarici yönlü tədbir olmasına baxmayaraq kanonda milli muğamımız Bayatı-şiraz ifa olundu. Tədbirdə 4-8-ci sinif şagirdləri öz məharətləri ilə tamaşaçıları valeh etdilər.
Tədbirin sonunda məktəbin direktoru Ülkər Hüseynova tədbir haqqında öz fikirlərini söylədi.