HAQQIMIZDA

Xəzər rayonunda yerləşən S.Abbasov adına 117 nömrəli tam orta məktəb Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yenidən tikilib. Yeni məktəbin tikintisinə 2010-cu ilin dekabrında başlanılıb və 2011-ci ilin oktyabrında məktəbin tikintisi başa çatıb. 2011-ci il oktyabrın 19-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktəbin yeni binasının açılışında iştirak edib. Üç mərtəbədən ibarət olan məktəbdə 81 sinif, 4 kompüter otağı, akt və idman zalları, laboratoriyalar, kitabxana, həkim kabineti, əmək emalatxanaları vardır. Otaqlarda müasir istilik sistemi quraşdırılıb. Məktəbin həyətində süni örtüklü yeni idman meydançası salınıb. Məktəb 2040 şagird yerlikdir. Təhsil müəssisəsində 180 müəllim çalışır. Hal- hazırda məktəbdə 4500 şagird təhsil alır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi