FƏXRİMİZ

Abbasov Sabir Rzaqulu oğlu

1967-ci ildə Bakının Binə qəsəbəsində anadan olub. Mərdəkandakı 42 nömrəli texniki-peşə məktəbini bitirib. 1988-cu ilin yanvar ayında hərbi xidmətdən qayıtmışdı. Subay idi. Binə təyyarə limanında satıcı işləyib.

3 qardaşı, 6 bacısı var idi.

Axşam saat 10-da işdən çıxıb. Yolda əsgər gülləsinin qurbanı olmuş, gecə saat 23 :05-də xəstəxanaya gətirilmişdir. Səhər onun meyidi Mərdəkandakı 26 nömrəli xəstəxanadan tapılmışdır. Qarın nahiyəsindən yaralanmışdır. Binə kənd qəbiristanlığında dəfn edilmişdir.

Şəhidin ailəsi hal- hazırda Bakı şəhəri, Binə qəsəbəsi, Bünyadzadə küçəsi 3, mənzil 23 ünvanında yaşamaqdadır.

1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir  neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş 147 nəfərdən biri də Abbasov Sabir Rzaqulu oğludur.

"20 Yanvar Şəhidi" fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə "20 Yanvar şəhidi" fəxri adi haqqında Əsasnamə təsdiq edilmişdir.

Allah rəhmət etsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi