Novruz ənənəmiz

Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.
18.03.2025-ci il tarixində məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimləri Gülnar D., Nərmin Y. və şagirdlərinin təşkilatçılığı ilə xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.
Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbir bədii hissə ilə davam etdirilib. Tədbirdə müxtəlif şerlər, musiqilər və adət-ənənələr əks etdirən səhnəciklər təqdim edilib.
Sonda məktəbin direktor əvəzi Ülkər Hüseynova öz ürək sözlərini tədbir təşkilatçılarına və Novruz Bayramı haqqında öz fikirlərini bildirmişdir.