Kiçik Akademiya

Riyaziyyat fənni üzrə müsabiqə keçirildi25 oktyabr tarixində məktəbin Kiçik Akademiyasının təşkilatçılığı ilə riyaziyyat fənni üzrə müsabiqə keçirildi.Müsabiqədə VI sinif şagirdləri riyaziyyat və məntiq suallarından ibarət testləri cavablandırdılar.Müsabiqənin keçirilməsində məqsəd istedadlı şagirdlərin müəyyən olunması,bu şagirdlərlə ilboyu müxtəlif tədbirlər keçirərək onların Məktəblilərarası Fənn Müsabiqəsinə effektiv hazırlığının təşkil edilməsi olmuşdur. 

Ətraflı

Biologiya fənn yarışı6 may tarixində şagirdlərin biologiya fənninə marağını artırmaq ,siniflər arasında sağlam rəqabət formalaşdırmaq məqsədilə VI siniflər arasında biologiya fənn yarışı keçirildi. Yarışda şagirdlərin faktoloji biliklərini ,məntiqi və riyazi təfəkkürünü yoxlamaq məqsədilə müxtəlif tipli suallar təqdim olundu. Üç mərhələdən ibarət yarışın sonunda 6 b sinfi I, 6 f sinfi II və 6 e sinfi III yerə layiq görüldü.

Ətraflı

Coğrafiya fənnindən yarış keçirilibCoğrafiya fənnindən şagirdlərin bilik və bacarıqlarını yoxlamaq üçün VII siniflər arasında bilik yarışı keçirilmişdir. Yarış Könül Məmmədlinin təşkilatçılığı ilə təşkil olunmuş, I yer 7a, II yer 7s, III yer 7c sinifləri tərəfindən qazanılmışdır.

Ətraflı

Respublika Fənn OlimpiadalarıYanvarın 18 -də məktəbin Kiçik Akademiyasının təşkilatçılığı ilə 22 yanvar tarixində olimpiadada iştirak edəcək şagirdlərlə görüş keçirilib.Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ağamalıyeva Səidə , məktəbin Kiçik Akademiyasının rəhbəri Hüseynova Ülkər çıxış edərək olimpiadanın şagirdlərin məntiqi -təfəkkür qabiliyyətinin inkişafında əhəmiyyəti, olimpiadada suallara düzgün yanaşma qaydaları ,ötən il olimpiadanın rayon-şəhər mərhələsində ayrı -ayrı fənlər üzrə keçid balları barədə şagirdləri məlumatlandırıblar. Tədbirdə məktəbin ötən il olimpiada mükafatçısı olan şagirdləri çıxış edərək zirvəyə gedən yolun çətinliyi, məsuliyyəti və uğurun gərgin əmək sayəsində əldə olunmasının mümkünlüyünü vurğulamışlar. Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

Ətraflı

Respublika Fənn Olimpiadaları30 oktyabr tarixində Respublika Fənn Olimpiadalarının məktəb mərhələsi təşkil olundu. Bu mərhələdə şagirdlər aşağı yaş qrupu ( VIII və IX siniflər) və yuxarı yaş qrupu üzrə ( X-XI siniflər) onlara təqdim olunmuş sualları cavablandırmağa çalışıblar. Məktəb mərhələsində şagirdlər öz biliklərini Azərbaycan dili və ədəbiyyatı, tarix, coğrafiya, fizika, kimya, biologiya, informatika və riyaziyyat fənlərindən sınayıblar. Eyni zamanda IV - V- VI sinif şagirdləri də məntiq və riyaziyyatdan biliklərini yoxladılar. 

Ətraflı

Kiçik tədqiqatçılar29 iyun tarixində şagirdlərin tədqiqatçılıq bacarığını inkişaf etdirmək məqsədilə məktəbin biologiya müəllimi Ülkər Hüseynovanın təşkilatçılığı ilə yay məktəbinə qoşulan şagirdlərin iştirakı ilə laboratoriya dərsləri keçilmişdir. Dərsdə canlı orqanizmləri daha yaxşı öyrənmək məqsədilə şagirdlər preparatlar hazırlamış və hazır preparatlarla işləyərək tədqiqat aparmışlar.Tədqiqatın nəticələri qeyd olunmuş və digər şagird qruplarında paylaşılmışdır.

Ətraflı

Respublika Fənn Olimpiadasından iki medalRespublika Fənn Olimpiadasının final mərhələsində məktəbimizin iki şagirdi medala layiq görülmüşdür. Biologiya fənni üzrə qızıl medal VIII sinif şagirdi Elman Hüseynov, riyaziyyat fənni üzrə XI sinif şagirdi Rüstəm Təhməzov gümüş medal qazanmışdır. Bu münasibətlə , şagirdlərimizi ,valideynlərini, məktəb kollektivini ürəkdən təbdik edir, uğurlarımızın davamını diləyirik. 

Ətraflı

Nizami Gəncəvi yaradıcılığı17 may tarixində "Nizami Gəncəvi yaradıcılığı" na həsr olunmuş intellektual yarış keçirilmişdir. Yarışda məktəbin VIII - X sinif şagirdləri iştirak etmişlər. Yarışın sualları Nizami Gəncəvinin həyatını, yaradıcılığını, incəsənətin digər sahələrinə təsirini və s əhatə etmişdir. Qalib 10 b sinif şagirdi Zaidli Zeynəb olmuşdur.

Ətraflı

Daha bir uğurumuz18 may tarixində məktəbin Kiçik Akademiyasının təşkilatçılığı ilə məktəb rəhbərliyi və Lütfi Zadə adına məntiq olimpiadasının qalibləri arasında görüş keçirilmişdir. Görüşdə final mərhələsinə hazırlıq haqqında müzakirələr edilmiş, gələcək planlardan söhbət açılmış və uşaqlara uğurlar arzulanmışdır.

Ətraflı

Respublika Fənn Olimpiadası16.01.2021 tarixində məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Səidə Ağamalıyeva və " Kiçik Akademiya" nın sədri Ülkər Hüseynovanın rəhbərliyi ilə 117 nömrəli tam orta məktəbdə Respublika Fənn Olimpiadalarının məktəb turu təşkil olundu. Məktəb turunda Azərbaycan dili , riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, tarix fənnləri üzrə şagirdlərin biliyi yoxlanıldı. Məktəb turunda seçilən şagirdlər RFO-nun şəhər turunda iştirak edəcək.

Ətraflı

VI Respublika fənn müsabiqəsiVI Respublika fənn müsabiqələrinin ilk mərhələsinin nəticələri açıqlanıb- şagirdlərimiz finala vəsiqə qazanıb. Teymurlu Zəhra-7m Əliyeva Fatimə- 7c (Kimya,müəllim:H.İlhamə) Abdullayeva Leyla-7b (Fizika,müəllim: M.Rüfanə) Baxışov Əhməd-7ç (Biologiya,müəllim: A.Raqif) Qurbanov Şəmistan-6ç Məmmədov Kənan- 6ç (Riyaziyyat,müəllim: H.Könül) Əlizadə Polad-6h (Riyaziyyat,müəllim: M.Habil) Yaqubov Məhəmməd-5b (Riyaziyyat,müəllim: Z.Səriyyə) Təşkilati məsələlərdə əziyyət çəkən Ülkər müəllimə və şagirdlərə yaxında köməklik göstərdiklərinə görə Xalid m,Xədicə m,Aynurə m,Ramilə m, Habil m minnətdarlığımızı bildiririk. - - - Ümumtəhsil məktəblərinin V-VII sinif şagirdləri arasında keçirilən VI Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsinin nəticələri məlum olub. Bilik yarışının ilkin mərhələsində iştidak edən şagirdlərdən 8 nəfəri növbəti final mərhələsində iştirak hüququ əldə ediblər. Fənn müsabiqələrinin final mərhələsinin may ayının sonunda keçirilməsi planlaşdırılır.

Ətraflı
HAQQIMIZDA

Xəzər rayonunda yerləşən S.Abbasov adına 117 nömrəli tam orta məktəb Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yenidən tikilib. Yeni məktəbin tikintisinə 2010-cu ilin dekabrında b...

BİZİM FƏXRLƏRİMİZ

Rüstəm Təhməzov Valeh

Azərin Abdullayeva Mürsəl

HAQQIMIZDA

Xəzər rayonunda yerləşən S.Abbasov adına 117 nömrəli tam orta məktəb Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində yenidən tikilib. Yeni məktəbin tikintisinə 2010-cu ilin dekabrında b...

BİZİM FƏXRLƏRİMİZ

Rüstəm Təhməzov Valeh

Azərin Abdullayeva Mürsəl

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi