“Şahin” hərbi-idman oyunu

09.04.2025ci il tarixində “Şahin” hərbi-idman oyunu üzrə Xəzər rayon birinciliyi keçirilmişdir.

Tədbirdə Müdafiə Nazirliyinin, Xəzər rayon İcra Hakimiyyətinin, Xəzər rayon Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri iştirak etmişdir.

Yarışda 8 komanda mübarizə aparıb.

88 nömrəli tam orta məktəbdə keçirilən yarışın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, hərbi-idman oyununun keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi işinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək etməkdən ibarətdir.

Əvvəlcə komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb. Sonra komandalar estafet və fiziki hazırlıq mərhələləri üzrə yarışlarda qüvvələrini sınayıblar.

Rayon üzrə keçirilən birincilikdə məktəbimizin komandası II yeri tutub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi