Məktəbin şagirdi Kövsər Qurban Orxan qızının uğuru

18 Mart Azərbaycan Milli Tarix Muzeyində tarix elmləri doktoru Fərhad Cabbarovun müəllifi olduğu və Arxiv materialları əsasında tərtib olunmuş, Azərbaycanın tanınmış sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin qızı Sara Sarayeva-Tağıyevanın haqqında “Mən, Bakı milyonçusu Tağıyevin qızıyam...” kitabının təqdimatı keçirilib.

Məktəbin 4"ç" sinif şagirdi Kövsər Qurban Orxan qızı bu dəyərli təqdimata xüsusi qonaq qismində dəvət edilib. Təqdimatda Kövsərin H.Z.Tağıyevə və Qızların Təhsil hüququna həsr etdiyi "Pəncərə" adlı qısametrajlı animasiyası nümayiş etdirildi və böyük bir rəğbətlə qarşılandı.

Tədbirdə Azərbaycan Milli Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, tarixçi-alim Firdovsiyyə Əhmədova, ssenarist Müsəllim Həsənov, S.Sarayeva-Tağıyevanın nəticəsi Rixard Petrov çıxış etdilər. Həmçinin tədbirə videobağlantı ilə Sara xanımın Rusiyada yaşayan övladları – Oleq və Lev Sarayevlər qoşularaq fikirlərini bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi