“Gənc Heydərçilər” adlı BREYN RİNQ yarışması keçirildi

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə və Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş “Gənc Heydərçilər” adlı BREYN RİNQ yarışması keçirildi. Yarışmaya komandaların müəyyənləşdirilməsi ilə başlanıldı. Komandalar “Zirvə”, “Dahilər”, “Xətai”, “Lider” olmaqla püşk atma yolu ilə komplektləşdirildi. Hər komanda 6 nəfər üzvdən ibarət oldu. Daha sonra komanda üzvləri kapitanlarını seçdilər.

Yarışmada suallar 8 (Azərbaycan dili, Ədəbiyyat, Riyaziyyat, Tarix, Coğrafiya, Fizika, Kimya, Biologiya) fənn, hər fəndən 5 sual olmaqla komandaların istəyinə uyğun seçilərək səsləndirildi. Düzgün cavablar 1 bal, səhv cavablar isə 0 balla qiymətləndirildi.

Yarışma 3 turdan ibarət idi. Yarışmanın taleyini kapitanlar həll edirdi. Kapitanların verdiyi hər düzgün cavablar ümumi nəticənin üzərinə əlavə olunaraq sonda yekun nəticə çıxarıldı. Nəticələrə uyğun olaraq “Zirvə” komandası 1-ci yerin qalibi oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi