“Heydər zirvəsi” adlı dəyirmi masa keçirildi

Bu gün məktəbin kitabxana müdiri Ramilə Süleymanova və kitabxanaçı Gülnar İbrahimovanın təşkilatçılığı ilə “Heydər zirvəsi” adlı dəyirmi masa keçirildi.

Tədbiri giriş sözü ilə açan kitabxana müdiri Ulu Öndərin müasir Azərbaycan dövlətinin qurucusu olmasından, keçilən yoldan alınacaq ibrət dərslərindən danışdı. Daha sonra dəyirmi masa iştirakçıları Ümummilli Liderin milli birliyin möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının aparıcı amilə çevrilməsi istiqamətində gördüyü mühüm işlərdən, iqtisadi, siyasi, mədəni-humanitar və digər sahələrdəki nailiyyətlərindən bəhs etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi